Türkiyə sahillərində daha bir faciə: ölü sayı 25 nəfərə çatıb

Türkiyə sahillərində qaçqınları daşıyan qayığın qəzaya uğraması nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb.
 
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölənlərdən üçü uşaqdır.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, 2015-ci ildə Suriya və digər ölkələrdən Yunanıstana dəniz yolu ilə 847 min qaçqın gəlib, 800 nəfərdən çox insan isə Egey sularında bataraq həyatını itirib. Sərt hava şəraiti bu marşrutu daha təhlükəli edib./
 

Google+ WhatsApp ok.ru