Türkiyədə avtobusun iştirakı ilə yol qəzası: 15 yaralı

Türkiyənin şimal-şərqində Ordu şəhərində məktəbliləri daşıyan avtobusun hasara çırpılması nəticəsində 15 nəfər xəsarət alıb.
 
Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
 
Sürücü və daha 14 yaralı şagird xəstəxanaya çatdırılıb. Məktəblilərdən ikisinin və sürücünün vəziyyəti ağır kimi dəyərləndirilir./
 

Google+ WhatsApp ok.ru