Türkiyəli partiya lideri İsraildə həbs edildi

FaktXəbər-in Türkiyə mediasınaistinadən verdiyi məlumata görə, Türkiyənin Böyük Birlik Partiyasının lideri Mustafa Dəstici İsrailin Tel-Aviv şəhərində həbs edilib.
 
Qüdsə gedən BBP lideri orada bir cənazə namazı qılıb və daha sonra yeni ailə qurmaq istəyən fələstinli cütlüyün nikah mərasimində iştirak edib. O bu barədə feysbuk sosial şəbəkəsində məlumat paylaşıb.
 
BBP lideri Qüdsdən Tel-Avivə gəlib və buradan Türkiyəyə uçmaq istəyərkən İsrail polisi tərəfindən həbs edilib.

Google+ WhatsApp ok.ru