Türkiyədə `Gürcüstanda İslamın dünəni, bu günü və sabahı` mövzusunda simpozium keçirilib

Fatih Sultan Mehmet Vakıf Universiteti, İslami Elmlər Fakültəsi və Gürcüstan Dostluq Dərnəyi tərəfindən təşkil edilən "Gürcüstanda İslamın dünəni, bu günü və sabahı" simpoziumu İstanbulda keçirilib. 
Maide.Az xəbər verir ki,   6 may 2016-cı il tarixindən başlayaraq 3 gün davam edən beynəlxalq simpozimda  Gürcüstan, Azərbaycan, İran  və Türkiyədən 40 nəfər tanınmış din və elm adamları çıxış edərək Gürcüstanda İslamın keçmişi və bu günkü durumu haqda tarixi, siyasi, və ictimai baxımdan dəyərləndirdilər. Problemlər və həll yolları haqda irad və təkliflərini dilə gəiriblər.
Simpozimda iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müftisi Hacı Yasin Əliyev Gürcüstanda İslamın vəziyyəti haqda keçmişdən bu günə keçirdiyi fərqli (qadağa və keçid) dövrlərə toxunub  BGMİnin fəaliyytəti və strateji planı haqda iştirakçıları məlumatlarndırdılar.  Ölkədə sağlam  İslamın inkişafı, dini sabitliyin qorunması, tolerantlığın güclənməsi sahəsində dövlətə təkliflər verdilər.
 
 
 
 

Google+ WhatsApp ok.ru