Türkiyənin yeni baş naziri məlum olub 19 May 2016 01:00 Dünya Türkiyədə hakim partiyanın lideri və baş nazir kreslosuna əyləşəcək şəxsin adı bəlli olub. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu gün Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Qərar və İdarəetmə Şurasının toplantısı keçirilib. Toplantıda partiyanın lideri vəzifəsinə namizədlərlə bağlı müzakirə aparılıb. 45 dəqiqə davam edən iclasda nəqliyyat, rabitə, dənizçilik naziri Binali Yıldırımın namizədliyi razılaşdırılıb. B. Yıldırım AKP-nin mayın 22-də keçiriləcək fövqəladə qurultayında AKP-nin sədri seçiləcək və baş nazir olacaq. B. Yıldırım 1955-ci ildə Türkiyənin Ərzincan vilayətində dünyaya gəlib. İstanbul Texniki Universitetini bitirib. İsveçdə Beynəlxalq Dənizçilik Təşkilatına aid Dünya Dənizçilik Universitetində ixtisasartırma kursu keçib. 1994-2000-ci illərdə İstanbul Bələdiyyəsinin Dəniz Avtobusları İdarəsinin baş direktoru vəzifəsində çalışıb. Siyasətə qoşularaq AKP sıralarından millət vəkili seçilib və 58-ci, 59-cu, 60-cı hökumətlərdə nazir vəzifəsində çalışıb. Evlidir, 3 övladı var. İngilis və fransız dillərini bilir. Teqlər : #Türkiyənin yeni baş naziri məlum olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərəbistanın təhsil sisteminə etiraz edən iki məktəbli həbs olunub İran Türkmənistanı polis maşını ilə təmin edir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO