Türkiyədə tanınmış alimlərin iştirakı ilə İmam Həsənin (ə) mövludu qeyd edilib

Türkiyədə tanınmış alimlərin iştirakı ilə İmam Həsənin (ə) mövludu qeyd edilib

Türkiyədə ikinci imam, İmam Həsənin (ə) səadətli mövludu qeyd olunub.
 
Maide.Az xəbər verir ki, bir sıra görkəmli alimlərin iştirakına səhnə olan mərasim gözəl anlarla yaddaşlara həkk olunub. 
 
Dr. Cəfər Yusifi, Şeyx Murtuza Turabi, Şeyx Abbas Kazımi, Seyid Səccad Hüseyni, Şeyx Abdullah Turan kimi alimlərin qatıldığı məclis  qari Əli Əkbər Akdoğanın İftitah duasını oxuması ilə başlayıb.
Daha sonra Əl-Mustafa Beynəlxalq Üniversitesinin Türkiyə təmsilçiliyinin rəhbəri dr. Cəfər Yusifi İmam Həsənin (ə) tarixdə tutduğu yer barəsində, daxili və xarici düşmənlər qarşısındakı məzlumiyyətindən danışıb. Ardınca Şeyx M.Turabi İmamın (ə) məcbur edildiyi sülh şəraitindən və bu məcburiyyətin amillərindən söz açıb. 
 
Daha sonra cəmlə müqəddəs Ramazan ayının duaları oxunub, şam və işa namazları qılınıb, ümmətin birliyi, müsəlman aləminin inkişafı, son günlərdə artan qələbə xəbərlərinin davamı üçün dualar edilib.
 
 
 
 

Google+ WhatsApp ok.ru