Türkiyədə çevriliş anları yaşanır - YENİLƏNİR- FOTO- VİDEO

Türkiyədə çevriliş anları yaşanır - YENİLƏNİR- FOTO- VİDEO

 
Bu dəqiqələrdə İstanbul və Ankarada ordu iqtidarı devirməyə cəhd göstərir.
 
Türkiyənin NTV kanalı canlı yayımda xəbər verir kİ, İstanbulda körpülər bağlanıb, küçələrdə tanklar görünür.
 
Baş nazir Binali Yiıdırım deyib ki, bu, dövlət çevrilişidir.
 
Xarici işlər naziri Mahmud Çavuşoğlu deyir ki, demokratiyaya son ana qədər sahib çıxacağıq.
 
İstanbul hava limanına gedən bütün uçuşlar istiqamətini dəyişib. 
 
Küçələrdə tanklar yerləşdirilib. Hərbi təyyarələr  havada uçuşlar həyata keçirir.
 
Bir azdan prezident Recep Tayyub Erdoğan media qarşısında çıxış edəcək.
 
NTV xəbər verir ki, hərbçilər TRT-nin mühasirəyə alıblar.
 
Hazırda TRT kanalı ilə Türkiyə ordusunun informasiyası canlı yayılır.
 
Ordu rəhbəri Hulisi Akar bir qrup hərbçi tərəfindən əsir alınıb.
 
Ankara polisi bütün əməkdaşlarını işə çağırıb.
 
İstanbulun Vətən prospektində silah səsləri eşidilir.
 
Əhali bankomatlara  və benzin doldurma məntəqələrinə hücum çəkib. 
 
CNN xəbər verir ki, Silahlı Qüvvələrin qərargahında silah səsləri duyulub. Havaya qalxan helikopterin də atəş açdığı bildirilir.
 
NTV bildirir ki, Türk Silahlı qüvvələrinin qərargahından onların ünvanına elektron məktub gəlib və ordunun iqtidara əl qoyduğu bildirilib.
 
Həmin məktub bütün mediaya göndərilib. Məktubda deyilir ki, Türkiyədə asayişi yenidən təmin etmək üçün dövlətin idarəetməsinə hərbçilər əl qoyub.
 
 
 
01:10 am
 
TRT-1 hazırda canlı yayımda ordunun mövqeyini yayır.
 
TRT-1-də ordunun bəyanatı yayılır. Bildirilir ki, ordu ölkədə asayişi bərpa edəcək, ölkəyə demokratiyanı yenidən gətirəcək, vətənə xəyanət edənlər məhkəmə önünə çıxarılacaq: "Siyasi qərarlarla yanlışlığa yol verilib, terror ölkənin içinə nüfuz edib", bəyanatda deyilir. Konsitusiya əvvəlki halına qaytarılacaq, - mətndə bildirilir.(Azadliq.org)
 
Ordu adından bəyanat imzalayanlar vətəndaşların küçəyə çıxmasını qadağan edir, sərhədlərin, hava alanları bağlandığnı deyir.
 
 
01:25 am:
 
AKP-dən olan keçmiş millət vəkili Feyzi İşbaşaran Twitter hesabında yazır ki, mühafizəçiləri Erdoğanı naməlum istiqamətə götürüb.
 
NTV isə bildirir ki, yaxın vaxtda ölkə prezidenti Racap Tayyib Erdoğanın mediaya açıqlaması gözlənir.
 
Silahlı Qüvvələr Qərargahının qarşısında ambulanslar gəlib.
 
İstnabul və Ankarada gərgin anlar yaşanır, hərbçilər hər iki şəhərin əsas küçə və prospektlərini tutublar, havaya helikopter qalxıb.
 
Ordu sakinlərə küçəyə çıxma qadağası qoysa da, ölkə televiziyasının canlı yayımında küçədə sakinlər görünür.
 
Atatürk və Sabiha hava limanlarında bütün uçuşlar dayandırıb.
 
 

01:30 am:

AKP-nin İstanbul təşkilatının sədri Selim Temurçi NTV-də xalqı hökumətə dəstək olmağa çağırır.

Türkiyə — Polis zabiti Türkiyə Ordu Baş Qərargahı qarşısında, Ankara, 15.07.2016

 

Türkiyə — Polis zabiti Türkiyə Ordu Baş Qərargahı qarşısında, Ankara, 15.07.2016

01:50 am:

Ankarada TRT-nin yaxınlığında helikopterdən atəç açılıb. NTV deyir ki, bir vətəndaş yaralanıb.

TRT yaxınlığında polislər də var, amma TRT-də nə baş verdiyi bilinmir. Sadəcə görünən odur ki, bir qrup hərbçi içəri gorib və ordunun bəyanatı oxunub, NTV xəbər verir.

02:03 am:

Bəzi bölgələrdə partlayış səsləri eşidilib.

02:36 am:

Türkiyə Respublikasının 11-ci prezidenti Abdullah Gül də hərbi çevriliş haqda fikirlərini bildirib.  CNN Türk-ün efirindəki emosional çıxışı zamanı sabiq dövlət başçısı bunları deyib: “Türkiyə bir latın və ya Afrika ölkəsi deyil. Bu, bir sınaq günüdür. Küçələrə çıxan əsgərlərə bunu demək istəyirəm- Onların düz 7 il prezidenti olmuşam. Yanlış içində olanlar, millətlə, xalqla qarşı-qarşıya gəlməsinlər. Türkiyə xaos içinə girməsin. Yaralı, ölü olmasın. Xalqıma da, vətəndaşıma da xatırladıram ki, bu gün demokratiyaya sahib çıxmaq günüdür. Türkiyə təkrar demokratiyanı yaradacaq, buna inancım tamdır”.

CHP lideri Kamal Kılıçdaroğlu Türkiyədə baş verən hərbi çevrilişə münasibət bildirib.
 
“Qafqazinfo” xəbər verir ki, partiya lideri durumu şərh edərkən yazılı açıqlama verib.
 
“Çevrilişlərə görə ölkənin başı çox bəlalar çəkib. Eyni sıxıntıların yenidən yaşanmağını istəmirik”, - deyə o, açıqlamasında bildirib.
 
 
 

 

 
 
 
 
 

Google+ WhatsApp ok.ru