Türkiyədə hərbi çevrilişə cəhdə görə həbs olunanların sayı 1500-ü keçdi- YENİLƏNİB2

Türkiyədə hərbi çevrilişə cəhdə görə həbs olunanların sayı 1500-ü keçdi- YENİLƏNİB2

Türkiyədə baş vermiş hərbi çevriliş cəhdinin qarşısının alınmasında 90 nəfər həyatını itirib. Hadisə nəticəsində 1154 nəfər yaralanıb.
 
Xəbəri Anadolu Agentliyi yayıb.
 
 ***
Türkiyədə 1563 hərbi çevriliş tərəfdarı saxlanılıb. Bu haqda ölkə rəsmilərinə istinadən «Reuters» xəbər verir.
 
***
Türkiyədə hərbi çevrilişə cəhdə görə həbs olunanların sayı 1374-ə çatıb. Trend xəbər verir ki, bu barədə Yeni Şəfəq qəzeti yazıb.
 
Qəzet yazır ki, Türkiyənin vilayətlərində hərbi çevrilişlə bağlı olan hərbçilər həbs olunur.
 
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir. Hərbi çevrilişə cəhddə 750 hərbçinin həbs olunduğu bildirilir.
 

Google+ WhatsApp ok.ru