Türkiyədə terrora görə 27 nəfər saxlanıldı

Türkiyədə terrora görə 27 nəfər saxlanıldı

İstanbulun Ortaköy ərazisində baş verən terror hadisəsi ilə bağlı daha bir əməliyyat keçirilib.
 
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Konyadan sonra İzmirdə reallaşan əməliyyatda 27 nəfər saxlanılıb.
 
Xüsusi polislərin iştirakı ilə şəhərin Bornova və Buca rayonlarında axtarış aparılıb, ərazilərə giriş-çıxış bağlanılıb.
 
Hələlik dörd ünvandan 27 nəfər saxlanılıb, gecə start götürən xüsusi əməliyyat davam etdirilir. /

Google+ WhatsApp ok.ru