Türkiyə parlamentində dava düşüb

Türkiyə parlamentində dava düşüb

Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı yenə dava baş verib.
 
İnsident 5-ci maddənin müzakirəsi zamanı baş verib. Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri parlamentin kürsüsünü ələ keçirib. Bundan sonra hakim Ədalət və İnkişaf partiyasından (AKP) olan deputatlar CHP-çiləri kürsüdən uzaqlaşdırmağa çalışıblar.  Bir neçə millət vəkillərinin yaralandığı bildirilir.
 
Gərginlik aradan qaldırılandan sonra maddə qəbul olunub. Maddənin lehinə 343, əleyhinə isə 7 səs verilib. Cümhuriyyət Xalq Partiyasından olan deputatlar səsvermədə iştirak etməyiblər.(1news)

Google+ WhatsApp ok.ru