Türkiyə ordusunun daha 243 hərbçisi həbs olunub

Türkiyə ordusunun daha 243 hərbçisi həbs olunub

İstanbul Prokurorluğu Türkiyə Silahlı Qüvvələrinin daha 243 əməkdaşı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün sanksiya verib.
 
“Report” "Sabah" qəzetinə istinadən istinadən xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqdə şübhəli bilinirlər.
 
Həbs olunan hərbçilərdən 8-i polkovnik, 2-i isə polkovnik-leytenantdır. Onlar “ByLosk” kompüter proqarmının istifadəçiləri olublar.
 
Qəzetin yazdığına görə, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələrinin daha 330 əməkdaşı “ByLock” proqramının istifadəçisi olmaqda şübhəli bilinərək həbs edilib.
 
Məlumata görə, FETÖ-çular bu proqramdan istifadə edərək fəaliyyətlərini əlaqələndirirmişlər. /

Google+ WhatsApp ok.ru