Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılacaq

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılacaq

Sonuncu dəfə yanvarın 20-də bu rejimin tətbiqinin uzadılması haqqında layihə qəbul edilib
 
Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılacaq.
 
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyəninbaş naziri Binəli Yıldırım bildirib.
 
Bu rejim 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra iyulun 20-dən tətbiq edilib. Türkiyə Böyük Millət Məclisi sonuncu dəfə bu il yanvarın 20-də bu rejimin tətbiqinin 3 ay uzadılması haqqında layihəni qəbul etmişdi. Onun müddəti aprelin 20-də başa çatır. /

Google+ WhatsApp ok.ru