Türkiyə prezidentinin Rusiyaya səfəri başlayıb 10 Mart 2017 02:00 Dünya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb. APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarını qəbul edəcək. Tərəflər arasında enerji sahəsində birgə layihələr və terrorçuluğa qarşı mübarizə məsələləri müzakirə olunacaq. Dövlət başçıları Rusiya və Türkiyə arasındakı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclasında iştirak edəcəklər. Türkiyənin ilk Atom Elektrik Stansiyasının və “Türk axını” qaz kəmərinin tikintisi gündəmdə olan əsas məsələlərdir. Bundan başqa, regional problemlərin aktual aspektləri, ilk növbədə Rusiya və Türkiyənin beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəsi və Suriya münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparılacaq. Sammitin yekunu olaraq bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir. Teqlər : #Türkiyə prezidentinin Rusiyaya səfəri başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah İsa Qasim sürgün edilərsə, Bəhreynə inqilabın qələbəsi ilə qayıdacaq İstanbulda helikopter qəzasında 7 nəfər ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO