Türkiyədə partlayış: 3 ölü, 5 yaralı var

Türkiyədə partlayış: 3 ölü, 5 yaralı var

Hadisə Gabar dağında baş verib
 
Türkiyənin Şırnak bölgəsində partlayış nəticəsində 3 hərbçi ölüb, 5-i yaralanıb.
 
“Report” “Haber7”yə istinadən xəbər verir ki, Gabar dağında təhlükəsizlik orqanlarının əməkdaşları axtarış-əməliyyat tədbiri həyata keçirən zaman əldəqayırma partlayıcı qurğu partlayıb.
 
Məlumata görə, bölgədə terrorçu PKK-ya qarşı antiterror əməlliyyat keçirilir.
 
Bu barədə Şırnak valiliyindən bildiriblər.
 
“Şırnak əyalətinin Uludərə rayonunda Altıntepe bölgəsində və Gabar dağında davam edən əməliyyat nəticəsində terrorçu PKK-nın 5 silahlısı zərərsizləşdirilib”, - deyə açıqlamada vurğulanıb. /

 

Google+ WhatsApp ok.ru