Türkiyə İraq və İranla sərhədi hasarlayacaq

Türkiyə İraq və İranla sərhədi hasarlayacaq

Türkiyə İraq və İranla sərhədi boyunca hasar ucaldacaq. Oxşar hasar hazırda Suriyayla sərhəddə tikilir.
 
"The Associated Press" agentliyi bunu prezident Recep Tayyip Erdoğan-a istinadla yazır.
 
Erdoğan iyunun 1-də bildirib ki, Türkiyə Suriya ilə 911 kilometrlik sərhədin 650 kilometrində divar tikintisini tamamlayıb.
 
Türkiyə bu hasarı 2014-cü ildə tikməyə başlayıb. Məqsəd Suriyadan kürd, İŞİD yaraqlılarının, eləcə də qaçqınların keçməsini önləmək olub.
 
Erdoğan indi deyir ki, Suriyayla sərhəd tamamilə hasarlanacaq.
 
"İraqla sərhəddə, eləcə də İranla sərhədin uyğun yerlərində də bunu edəcəyik", – o, sözlərinə əlavə edib. (azadliq.org) /

Google+ WhatsApp ok.ru