Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu qəzaya uğrayıb

Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu qəzaya uğrayıb

-- 30 nəfər yaralanıb

Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu qəzaya uğrayıb. 
 
Hadisə dekabrın 25-də səhər saatlarında Qars şəhərində, Karakurt-Kağızman avtomobil yolunda baş verib.
 
Qəza nəticəsində 30 nəfər yaralanıb. Sərnişinlərin əksəriyyətinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının sakinləri olduğu bildirilib.
 
Avtobus İğdırdakı turizm şirkətlərindən birinə məxsus olub. 
 
Hadisənin baş verməsinə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir. (report)
 

Google+ WhatsApp ok.ru