Türkiyə: Afrin əməliyyatına qarşı söz deyən 40-dan çox adam həbs olunub

Türkiyə: Afrin əməliyyatına qarşı söz deyən 40-dan çox adam həbs olunub

-- Həbs olunanlar arasında jurnalistlər də var

Türkiyənin Suriya sərhəddində başlatdığı hərbi əməliyyatı sosial mediada və televiziya proqramlarında verdiyi tənqidi şərhə görə həbs edilənlərin sayı 40-ı keçib.
 
Maide.Az "bbc"-ə istinadən xəbər verir ki, Diyarbəkirdə və Ankarada saxlananlar arasında Xalqların Demokratik Partiyası (HDP) və Demokratik Toplum Konqresi (DTK) rəhbərləri və jurnalistlər də var.
 
Türkiyə ötən həftənin sonu Suriya ilə sərhədində hərbi əməliyyatlara başlayıb YPG nəzarətində olan Afrinə doğru irəliləyib. 
 

Google+ WhatsApp ok.ru