Türkiyədə yüzdən çox insan xəstəxanaya yerləşdirildi

Türkiyədə yüzdən çox insan xəstəxanaya yerləşdirildi


Türkiyənin Gümüşxane vilayətində 120 nəfər sudan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Maide.Az Trend-ə istinadla xəbər verir ki, vilayətin bəzi kənd sakinləri zəiflik, sancı, ürəkbulanma, qusma, diareya, baş ağrısı və tərləmə şikayəti ilə xəstəxanaya müraciət ediblər.

3 gün müddətində xəstəxanaya müraciət edən 120 nəfər ambulator müalicəyə buraxılıb.

Vilayətin səhiyyə işçiləri tərəfindən aparılan ilkin araşdırmalara görə, suda bağırsaq basili və koliform bakteriyaları aşkar edilib.

Google+ WhatsApp ok.ru