Türkiyədə daha bir ZƏLZƏLƏ - 6 bal - YENİLƏNİB

Türkiyədə daha bir ZƏLZƏLƏ - 6 bal - YENİLƏNİB

Türkiyənin qərbindəki Dənizli vilayətində Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib.
 
Trend-in məlumatına görə, zəlzələnin episentri Bozkurt şəhərində yerin 7 kilomter dərinliyində qeydə alınıb.
 
Yeraltı təkanlar qonşu bölgələrdə də hiss olunub.
 
Qeyd edək ki, bu gün İzmir vilayətində də Rixter cədvəli ilə 4,8 bal gücündə zəlzələ baş verib.
 
Zəlzələ nəticəsində xəsarət alanlar olmasa da yeraltı təkanlar əhali arasında panikaya səbəb olub.
 
**
Türkiyənin İzmir əyalətində 4,8 bal gücündə zəlzələ baş verib.
 
Maide.Az  “CNNTurk”ə istinadən xəbər verir ki, bu barədə Avropa-Asiya Seysmoloji Mərkəz məlumat yayıb.
 
Bildirilib ki, yeraltı təkanlar İzmirin Seferhisar rayonun Urkməz kəndində baş verib. 
 
Zəlzələ Kuşadası Körfəzi yaxınlığında da hiss olunub.   

 

Google+ WhatsApp ok.ru