Türkiyədə təhlükəli eniş edən təyyarədə Azərbaycan vətəndaşı da olub-Yenilənib

Türkiyədə təhlükəli eniş edən təyyarədə Azərbaycan vətəndaşı da olub-Yenilənib

Ölənlərin sayı artıb

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

 
"Report" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə nаziri Fəxrəddin Qoca bildirib.
 
Nazir qeyd edib ki, "Boeing 738" laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 179 nəfərə çatıb. Hadisə zamanı təyyarədə ümumilikdə 184 nəfər olub. 
 
Xatırladaq ki, hadisə dünən baş verib. İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Bundan sonra laynerdə yanğın başlayıb, yanğınsöndürənlər alovu söndürməyə nail olublar. Sərnişinlər təyyarədən təxliyə edilib. 
 
Qəza səbəbindən Sabiha Gökçen hava limanı bağlanıb, bütün uçuşlar İstanbul hava limanına yönləndirilib.  **** İstanbul Sabiha Gökçen Hava limanına sərt eniş edərək 3 hissəyə parçalanan "Boeing 737-800" tipi sərnişin təyyarəsinin sərnişinləri arasında bir Azərbaycan vətəndaşı da olub.  
 
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə NTV televiziyası məlumat yayıb.  
 
Bildirlib ki, təyyarədəki 184 sərnişinin çoxu Türkiyə vətəndaşıdır. Sərnişinlər arasında həmçinin 4 ABŞ, 1 Azərbaycan, 1 Türkmənistan, 1 Qazaxıstan vətəndaşı olub.  
 
Qeyd edək ki, bu gün İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən uçuş zolağından çıxaraq yolun kənarına yuvarlanıb.  
 

Google+ WhatsApp ok.ru