Türkiyədə yenindən güclü zəlzələ olub

Türkiyədə yenindən güclü zəlzələ olub

Türkiyədə Bingölün Karlova qəsəbəsində yenidən güclü zəlzələ olub.
 
APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, 5,6 bal maqnitudalı zəlzələ yerli vaxtla saat  09:51-də baş verib.
 
Zəlzələnin episentri 7 km dərinliyində qeydə alınıb.
 
Qeyd edək ki, dünən yerli vaxtla saaat 17:24-də eyni ərazidə 5,7 bal gücündə zəlzələ olub, 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
 
 

Google+ WhatsApp ok.ru