Türkiyədə təhlükəli həşərat növü aşkarlandı

Türkiyədə təhlükəli həşərat növü aşkarlandı

İstanbulun bir neçə böyük rayonunda əvvəllər Türkiyədə rast gəlinməmiş çox təhlükəli Asiya pələng ağcaqanadları aşkarlanıb.

 
  Maide.Az "modern.az"a istinadən xəbər verir ki, həşəratların bu növünün təhlükəsi ondan ibarətdir ki, onlar son dərəcə təhlükəli xəstəliklərin daşıyıcılarıdır və ehtimal ki, yeni şəraitə asan uyğunlaşmaq qabiliyyətinə malikdirlər. İstanbul Universitetinin dosenti Kərəm Öterin sözlərinə görə, bu ağcaqanadlar yalnız gecə deyil, bütün gün ərzində hücum edirlər və açıq havada olan insanlar üçün təhlükəlidirlər.  
 
"Onlar digər ağcaqanadlardan daha çox aqressivdirlər və Zika virusu, sarı titrətmə kimi xəstəlikləri daşıya bilərlər", - o deyib.  
 
Kərəm Öter əlavə edib ki, Ankarada ən çox bu həşəratlar aşkarlanıb.