Türklər 928 illik Süleyman Şah Türbəsini İŞİD-ə təslim edir

İŞİD bu dəfə də Ankaranı küncə sıxışdırıb

İraq və Suriyada həyata keçirdikləri qanlı qətliamları ilə gündəmdə olan İŞİD bu dəfə də Ankaranı küncə sıxışdırıb. Təqribən 2 ay əvvəl  Türkiyənin Mosul Konsulluğanda kı 49 heyəti girov götürən  İŞİD onların azad buraxmağın qarşılığında 928 il  yaşı olan  Süleyman  Şah Türbəsindəki türk əskərlərinin  çıxmasını istəyib. maide.az-ın məlumatına görə, İŞİD terrorçuları ilə  döyüşmək istəməyən  Ankara isə  bu təklifi dəyərləndirməyi düşünür. Hazırda  geri addım atmalarını ictimaiyyətə  necə açıqlanacağı məsələsini fikirləşirlər.
 
Xatırladaq ki, Baş nazir  Ərdoğan  mart ayında etdiyi açıqlamada  İŞİD-in Süleyman Şah Türbəsinə hücum olacağı təqdirdə cavab veriləcəyini demişdi.
 
Türkiyənn Taraf agentliyinin  hökumət qaynaqlarına  istinadə verdiyi məlumata görə, türbənin boşaldılması üçün 3 həftə vaxt verilib. Artıq türbənin boşaldılması ilə bağlı Baş qərargah rəhbərliyinə göstəriş verilib.

Google+ WhatsApp ok.ru