Türkmənistanda iqtisadi böhran başlayıb

Türkmənistanda iqtisadi böhran başlayıb

 
Türkmənistanda büdcə sahəsi işçiləri, müəllimlər,  tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iyun ayından maaş ala bilmirlər. 
 
Faktxəbər-in məlumatına görə, bu barədə "Fergananews" yazıb.
 
Məlumatda bildirlir ki, bir çox dövlət işçiləri odənişsiz icbari  məzuniyyətə göndərilib.  Ölkənin  Mari və Lebal  vilayətlərində isə iqtisadi kollaps müşahidə olunur.
 
Həmçinin məlumatda qeyd edilir ki, insanlar mağazalardan borca mal almaq məcburiyyətində qalıblar, çünki dövlət əldə etdiyi vəsaiti ilk növbədə pensiya və müavinətlərin ödənilməsinə sərf edir.
 
Qeyd edək ki, Türkmənistanın iqtisadiyyatı qaz eksportundan asılıdır. /

Google+ WhatsApp ok.ru