Türk ordusunda həm hicab, həm də saqqal sərbəst olacaq 07 Mart 2017 02:00 Dünya Bir az əvvəl xəbər verildiyi kimi, Türkiyə Silahlı Qüvvələrində xidmət edən qadınların hicab taxmasına icazə veriləcəyi açıqlanmışdı. Bu məqsədlə hərbi məcəllədə dəyişikliklər ediləcəyi nəzərdə tutulur. İndi də mühafizəkar müsəlman kəsimin orduda xidmət edən kişilərə saqqal saxlamaq hüququ verilməsi məsələsi gündəmə gəlib. “The Independent” yazır ki, müşahidəçilər bunu Türkiyə ordusunun dünyəviliyin müdafiəçisi olmaq missiyasından, Mustafa Kamal Atatürk prinsiplərindən uzaqlaşmaq və Ərdoğana sadiq dindar hərbi qüvvə yaratmaq cəhdi kimi qiymətləndiri. Qəzet yazır ki, dəyişiklik söhbətləri ötən ilin iyulunda baş tutmayan çevriliş cəhdindən sonra hərbi xidmətə ilk çağırış dövrünə təsadüf edir. Mühafizəkar kəsim deyir ki, hərbçi xanımlara baş örtüyü icazəsinin verilməsi onları ruhlandıracaq. Silahlı qüvvələrdə işləyən qadınlara hicab, kişilərə isə saqqal saxlamaq icazəsi artıq verilib. Bu qanun fövqəladə vəziyyətdə, parlament müzakirəsi olmadan fərman şəklində qəbul olunub. Amma bir məsələ var ki, hazırda NATO-nun böyüklüyünə görə ikinci ordusunun islamlaşdırılması bir sıra keçmiş zabit və generalları narahat edir. Keçmiş kontradmiral Türkər Ərtürk deyib: “Nələr baş verdiyi aydındır. Onlar yeni hərbi sistem qururlar və buna akademiyalar üzərində nəzarəti ələ almaqla başlayıblar”. Bununla belə, Türkiyədə hakimiyyəti tənqid etmək təhlükəli bir iş olaraq qalır. Məsələn, “Hürriyet” qəzeti hicab məsələsindən ordunun “narahat olduğunu” yazdıqdan sonra onu prokurorluqla hədələyiblər. (azadliq.info) / Teqlər : #Türk ordusunda həm hicab,#həm də saqqal sərbəst olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Almaniyanın Ştutqart şəhərində ilk dəfə günbəz və minarələri olan məscid tikiləcək Avstraliyalı Əhli-Beyt (ə) sevdalıları uşaqlara məktəb açdı - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO