Türk səfirdən baş sağlığı

`Şəhidlərə tanrıdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm`

Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşğun cəbhədə bölgəsində Azərbaycan əsgərlərinin şəhid olması ilə bağlı başsağlığı verib.
 
Maide.az-ın məlumatına görə, diplomat bu barədə özünün sosial şəbəkədəki səhifəsində yazıb.
 
“Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid olması barədə xəbərlər gəlir. Hamısına tanrıdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm”, - deyə diplomat qeyd edib.
 
eyd edək ki, ötən gün cəbhə xəttində ermənilərin hücumu nəticəsində Azərbaycanın 9 hərbçisi şəhid olub.
Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu
Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov
Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov
Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov
Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov
Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov
Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov
Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu
Sumqayıtdan hərbi xidmətə çağırılmış Hüseyn Abidinov
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 4 hərbçisi yaralanıb.

Google+ WhatsApp ok.ru