Türk sərnişinlərə hava limanında alman zülmü!

Almaiya aeroportunda Aydan Oğuzun hicabını zorla açan polislər həyat yoldaşı Fərhad Oğuzu da döydülər. Qarşılaşdıqları mənzərədən çaş-baş qalan ailə saatlarla məntəqədə saxlanıldıqdan sonra İstanbula göndərilib.
 
Maide.az xəbər verir ki, son zamanlar İslam əleyhinə aksiyalarla gündəmə düşən Almaniyada bir qalmaqal da yaşanıb. İstirahət üçün Portuqaliyaya getmək üçün İstanbuldan yola çıxan Fərhad Oğuz ilə həyat yoldaşı Aytən Oğuz aldıqları İtaliya vizasını Almaniyanın Frankfurt şəhərində təsdiq üçün təyyarədən enib. Oğuz ailəsi alman polisi tərəfindən əsassız olaraq əvvəl məntəqəyə aparılıb, burada döyüldükdən sonra vizaları ləğv edilərək, Türkiyəyə göndərilib. Xəstəxanadan döyülmə arayışı alan Fərhad Oğuz Almaniyadakı polislərdən şikayət edib.
 
Fərhad Oğuz hadisə barədə belə danışıb: "Səhər saat 5-də təyyarə mindik. Frankfurtda enəndə, vizanı təsdiq etdirəcəkdik. Bir anda məmurlar gəldi və bizi polis idarəsinə apardılar. Təxminən 4 saat təcridxanada saxladıqdan sonra 4 məmur məni bir otağa apardı və mənə "bu vizanı necə aldın" tərzində suallar verdi. Mən də müraciət edib aldığımı, əvvəllər də təyyarə ilə ayrı-ayrı ölkələrə uçduğumu dedim. Mənə, vizada səhv olduğunu və cərimə ödəməyinm barədə bildirdilər".
 
Vəsiqələrində bir problem olmadığını deyən Oğuz, "ancaq tərcüməçi mənə bildirdi ki, pulu verməsəm, həbs edəcəklər. Mən təkid edəndə, 4 polis məni yerə uzatdı və cibimdəki pullarımı aldılar. Müqavimət göstərməyə çalışanda da, döyməyə başladılar", - deyib. 
 
Polislər yoldaşını döyərkən Aydan Oğuzu da başqa bir otağa aparıblar. Qadın polislərin ondan bir kağıza məcburən imza atmasını tələb ettdiklərini deyən Oğuz, "Həyat yoldaşıma soruşmadan heç bir şeyi imzalamamasını dedim. Daha sonra qadın polislər zorla onun başından hicabını çıxarıb, fotosunu çəkib" şəklində danışıb.

Google+ WhatsApp ok.ru