Trump onun Qüds qərarına qarşı çıxan ölkələri hədələyib 21 Dekabr 2017 02:00 Fələstin -- maliyyə yardımını kəsərik ABŞ prezidenti Donald Trump BMT-də onun Qüds qərarına qarşı səs verəcək ölkələrə maliyyə yardımını kəsməklə hədələyib. Dekabrın 11-də BMT Baş Assambleyası fövqəladə toplantı keçirəcək və Trump-ı Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını ləğv etməyə çağıran qətnaməni səsə qoyacaq. “Bütün bu ölkələr bizim pulumuzu alırlar və sonradan Təhlükəsizlik Şurasında bizə qarşı səs verirlər”, – Trump dekabrın 20-də Ağ evdə deyib. “Onlar yüz milyonlarla dollar, hətta milyardlarla dollar alırlar, sonradan bizə qarşı səs verirlər. Qoy əleyhimizə səs versinlər. Xeyli qənaət edərik. Vecimizə deyil”, – o, sözlərinə əlavə edib. Baş Assambleyanın toplantısı ərəb və müsəlman ölkələrin xahişiylə keçirilir. Fələstinin BMT-dəki səfiri Riyad Mansur deyib ki, Trump-ı qərarının ləğvinə çağıran qətnamənin məcburi hüquqi qüvvəsi olmayacaq. ABŞ dekabrın 18-də BMT Təhlükəsizlik Şurasında oxşar qətnaməyə veto qoymuşdu. ABŞ-ın səfiri Nikki Haley də “Twitter”də xəbərdarlıq etmişdi ki, Birləşmiş Ştatlar Amerika xalqının Qüdslə bağlı seçiminə qarşı səs verənləri yadında saxlayacaq. Fələstinlilər Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail Qüdsün şərqini tutaraq şəhəri öz paytaxtı elan etsə də, beynəlxalq ictimaiyyət bu hərəkəti tanımayıb.(azadliq.org) Teqlər : #Trump onun Qüds qərarına qarşı çıxan ölkələri hədələyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT Tramp-ın Qüds qərarıyla bağlı fövqəladə toplantı keçirəcək Fələstinli məhbuslar İsrail məhkəmələri baykot edir
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar