Türyançay Qoruğunda yanğın baş verib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Türyançay Dövlət Təbiət Qoruğunun yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib.
 
Nazirliyin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, hadisə iyulun 7-də saat 17:00 radələrində qeydə alınıb.
 
Yanğının qarşısının alınması üçün dərhal ETSN-in yerli qurumlarının, FHN-in Ağdaş və Qəbələ Yanğından Mühafizə hissələrinin əməkdaşları əraziyə cəlb olunub. Yanğın qısa zamanda lokallaşdırılaraq saat 20:00 radələrində tam olaraq söndürülüb.
 
İlkin ehtimala görə, yanğının ildırım nəticəsində baş verdiyi güman edilir. Yanğın nəticəsində qoruğun 2 hektar ərazisindəki quru ot və kol örtüyünə ziyan dəyib.
 
Hazırda yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru