Uşaqlar nədən zəhərlənib?

Uşaqlar nədən zəhərlənib?

"Yeni Müsavat" qəzetində "Kütləvi zəhərlənmə ilə bağlı yeni xəbər və iddialar" sərlövhəli yazı oxumaq olar.
 
Yazıda Hacı Zeynalabdin Tağıyev, Novxanı kəndi, Saray və Ceyranbatan qəsəbəsində yaşayan 2-7 yaş arasında 119 uşağın zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilməsindən bəhs edilir.
 
Əvvəlcə yazıda balaca zərərçəkənlərin fikirlərinə yer verilib:
İqbal Mövsümov (zərərçəkən): "Uşaqlarla oynadım, sonra tərləyib su içdim. Sonra qaytardım, pis oldum".
 
Nəzrin Nəzərova (zərərçəkən): "Su içdim, qaytardım. Sonra pis oldum, boğazım ağrıdı".
 
Ancaq bu kütləvi zəhərlənmənin sudan baş verdiyi təkzib edilir. "Azərsu» ASC-nin açıqlamasına görə, həmin ərazilərdə sudan nümunələr götürülüb və məlum olub ki, zəhərlənmə sudan baş verməyib.
 
Yazıda daha sonra ekspert fikirlərinə yer verilib.
 
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, bu hadisədən ilk növbədə Dövlət Təhlükəsizliyi Xidməti şübhələnməli və təxribat izlərini axtarmalıdır:
 
"Açığı, burada mən təxribat görmürəm. Bu işə cavabdeh olan şəxslərin səhlənkarlığı görünür. Uzun müddət qalan suyun nəticəsində belə mikroblar yarana bilər. Anar Cəbrayıllı ("Azərsu" ASC sözçüsü) deyir ki, bizim mütəxəssislər sudan nümunə götürdü, heç bir problem yoxdur. Su məsələsi elə şeydir ki, tonla zəhər tökürsən, amma axıb gedirsə, əhəmiyyətini itirir...".
 
Tibb elmləri doktoru, professor Adil Qeybulla da hadisəyə səbəb olacaq ehtimallardan danışıb:
"Uşaqlardan qan nümunələri götürülməlidir. Bütün bunlar ortada olmasa, birmənalı nəsə demək çətindir. Zəhərlənmənin içməli sudan baş verdiyini valideynlər də deyir. Ola bilər ki, içməli suya nəsə qarışsın… Krandan birbaşa içməli su qəbul etmək düzgün deyil. Su süzülməli, onun tərkibində çöküntülər süzülməlidir. Yaxşı olardı ki, su ilkin mərhələdə qaynadılsın, sonra içilsin". /

Google+ WhatsApp ok.ru