Qidadan təhlükə

Qidadan təhlükə

"Bizim Yol" qəzetində də "Yerli şirkətlərin Azərbaycanın qida təhlükəsizliyində rolu" sərlövhəli məqalədə ölkədə qida təhlükəsizliyinin təminatı məsələsi ekspertlərlə dəyərləndirilir.
 
Müəllif yazır ki, son zamanlar sosial şəbəkələrdə süni yumurta, süni kələm, süni ət, süni düyü və başqa məhsullarla bağlı xəbərlər insanlar arasında ciddi narahatlıqlara səbəb olub.
 
Yazıda vurğulanır ki, XX əsrin 90-cı illərinin əvvəllərində dünya bazarlarına çıxarılan GMO (Genetik Modifikasiya Olunmuş) məhsullarının çəkisinin sürətlə artması ilk vaxtlar elmi inqilab sayıldı. Sonradan isə elm adamları bunun təhlükəsi barədə həyəcan təbili çalmağa başlayıblar:
 
"Nanotexnologiyalar əsasında meydana gətirilən yeni növ qida məhsullarının təbii məhsulları əvəz etməsi insan genefondunda müəyyən dəyişikliklərə səbəb olur. Ərzaq təhlükəsizliyi əhalinin sağlam genefonduna birbaşa təsir edən amildir. Buna görə də, hər bir dövlətin strategiyasında prioritet məsələdir…".
 
Azad İstehlakçılar Birliyinin ( AİB) sədri Eyyub Hüseynov qəzetə deyib ki, qida təhlükəsizliyi beynəlxalq səhiyyə təşkilatlarının da nəzarətə götürdüyü ən ciddi problemlərdən biridir.
 
Ekspertə görə, Azərbaycanda qida sahəsində müəyyən problemlər qalmaqdadır, çünki bu sahədə müvafiq qanun yoxdur.
 
E.Hüseynov deyib ki, spirtli içkilər bazarında durum daha gərgindir. Ölkəyə idxal edilən məhsulların üzərində son yararlılıq müddəti qeyd olunmur. /

Google+ WhatsApp ok.ru