Uşaqların zəhərlənməsinin səbəbi bu gün bilinəcək

Uşaqların zəhərlənməsinin səbəbi bu gün bilinəcək

"Hazırda Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasında 50 uşağın müalicəsi davam edir".
 
Bunu Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. Onun deməsinə görə, həmin uşaqların hamısında eyni hallar baş verib:
 
"Uşaqların hamısında eyni hallardır, qusma, qarınişləmə (ishal), hərarətləri var".
 
L.Bayramova deyib ki, bu kütləvi xəstəliyin səbəbi bu gün, iyunun 12-də bilinəcək. Günortadan sonra laboratoriya analizlərinin nəticələri təqdim olunacaq və bu məsələ üzrə yekun açıqlama veriləcək.
 
XATIRLATMA
İyunun 9-u, 10-u Z.Tağıyev və Ceyranbatan qəsəbələrindən 119 uşağın zəhərlənmə əlaməti ilə Sumqayıtdakı xəstəxanaya gətirildiyi bildirilir. Uşaqlardan bir hissəsi ilkin müdaxilədən sonra evə buraxılıb. 60-a yaxını isə xəstəxanaya yerləşdirilib.
 
Valideynlər infeksiyanın sudan düşdüyünü təxmin edirdi. Ancaq "Azərsu" ASC sudan nümunələr götürüldüyünü və bu deyilənlərin təsdiqlənmədiyini bəyan edib. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru