Ucarda ər və arvad güllələnib 16 May 2016 01:00 Hadisə Ucar rayon sakini həmkəndlilərini güllələyib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə rayonun Yuxarı Şilyan kəndində baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü Daşqın Muxtar oğlu Həsənov həmkəndliləri - 1985-ci il təvəllüdlü Aqil Şəmsəddin oğlu Fərzəliyevə və onun həyat yoldaşı, 1990-cı il təvəllüdlü Günel Qalib qızı Fərzəliyevaya ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib. Xəsarət alan şəxslər təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra hər ikisi müalicə olunmaq üçün Bakıya göndərilib. Məlumata görə, D. Həsənovun çaqqala atdığı güllə təsadüfən qonşularına dəyib. Hadisəni törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. / Teqlər : # Ucarda ər və arvad güllələnib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda iki qadın bankomatın şüşəsini daşla sındırıb Magistral su xətti partladı - nəqliyyata təhlükə yaratdı