Ucarda ikiqat qəza ölüm və ağır xəsarətlə nəticələndi

Yaralılar rayon xəstəxanasına aparılarkən, `təcili yardım` maşınını yolda “KamAZ” vurub

Növbətçi  Ucarda ananın ölümü, qızının isə xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Hadisə gecə saatlarında Ucar - Zərdab əsas magistral yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb. 10 XR 225 dövlət nömrə nişanlı Mercedes markalı minik maşını ilə əks istiqamətdə hərəkətdə olan 90 CM 097 dövlət nömrə nişanlı VAZ 2107 markalı maşın toqquşub.
 
Nəticədə VAZ markalı maşında olan sərnişinlər Bakı şəhər sakinləri 30 yaşlı Məmmədova Arzu Vidadi qızı və onun 2 yaşlı qızı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına rayonun təcili yardım maşını ilə aparılarkən yolda onu “KamAZ” markalı yük maşını vurub. Sürücü yüngül xəsarət alsa da yaralılar xəstəxanaya çatdırılıb. A.Məmmədovanın vəziyyəti kəskin ağır olduğundan o xəstəxanada dünyasını dəyişib. 
 
Faktla bağlı Ucar rayon polis şöbəsində araşdırma aparılır.

Google+ WhatsApp ok.ru