Ucarın kəndində içməli su problemi yaranıb

Ucarın kəndində içməli su problemi yaranıb

Ucar rayonunda içməli su ilə bağlı problem yaranıb. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun  Lək kəndinə su kanalı ilə suyun ötürülməsi dayandırılıb. Artıq 2 gündür ki, kanal vasitəsilə ötürülən suyun tamamilə dayandırılması sakinlər üçün problemə səbəb olub.
 
Onlar kənddə içməli suyun olmaması səbəbindən suvarma suyundan həm də içməli su kimi istifadə etdiklərini deyirlər. İçməli suyun bir neçə kilometrlik məsafədən gətirilməsi həm vaxt itkisinə səbəb olur, həm də əlavə xərc tələb edir.
 
Aidiyyəti qurumlar suyun kanala ötürülməməsini ərazidə aparılan kəmər çəkilişi ilə əlaqələndiriblər. Qeyd olunub ki, içməli su problemi yaşayan sakinlərə alternativ yolla su veriləcək. 
 
ucarin kendinde icmeli su problemi yaranib
 
ucarin kendinde icmeli su problemi yaranib
 
ucarin kendinde icmeli su problemi yaranibucarin kendinde icmeli su problemi yaranib
 
ucarin kendinde icmeli su problemi yaranib

Google+ WhatsApp ok.ru