Ucar sakini çaqqala atəş açdı, ər-arvadı yaraladı 17 May 2016 01:00 Hadisə Ucar rayonunda güllələnmə hadisəsi baş verib. Maide.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 15-də Ucar rayonunun Yuxarı Şilyan kənd sakini Daşqın Həsənov həyətyanı sahəsinə girmiş çaqqalın istiqamətində tüfəngdən açdığı atəş nəticəsində ətrafa səpələnmiş qırmalardan qonşuları Aqil Fəzliyev və arvadı Günel xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Ucar RPŞ əməkdaşları tərəfindən D.Həsənovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb. Teqlər : #Ucar sakini çaqqala atəş açdı,#ərarvadı yaraladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Magistral su xətti partladı - nəqliyyata təhlükə yaratdı Uşaq ilə yaşlının canına qıydığı deyilir