Ukraynada Quran yarışları keçirilib

Ukraynada Quran yarışları keçirilib

Həftənin şənbə və bazar günləri Ukraynanın paytaxtı Kiyevdə Quran yarışları keçirilib. 
 
Maide.Az xəbər verir ki,  Kiyev şəhər İslami Mərkəzinin təşkilatçılığı ilə keçirilən Quran yarışmasında  60 nəfər Quran hafizi iştirak edib. 
İştirakçılar əsasən Ukraynalı yeniyetmə və gənlər olublar. 
 
Bu yarışlar hər il Ukraynada təşkil olunur. Quran yarışının qalibləri mükafatlandırılıb.
 
Qeyd edək ki, Ukrayna əhalisinin təqribən 1 faizini müsəlmanlar təşkil edir. 
 

Google+ WhatsApp ok.ru