Ukraynanın şərqində 8 nəfər həlak olub

Ukraynanın son toqquşmalarında bu ölkənin şərqində 8 nəfər həlak olub.

 

Maide.az-ın Fransa xəbər agentliyinə istinadən məlumatına əsasən,  Ukrayna rəsmiləri şənbə günü Donetskin şimalından 30 kilometr aralıda olan Gorlivka məntəqəsində 3 mülki əhali , iki uşaq və üç hərbçinin həlak olunması xəbərini veriblər.

Həmin məlumata əsasən, Ukraynanın şərqində minamiyot  hücumu nəticəsində 12 nəfər mülki əhali ağır yaralanıblar.

Donetsk və Luhansk məntəqələrində toqquşmaların başlandığı zamandan indiyədək 4 min nəfərdən çox insan həlak olub, yüz minlərlə nəfər evlərini tərk etmək məcburiyyətində qalıb./

 

Google+ WhatsApp ok.ru