Ukraynanın şərqində iki müxbir öldürülüb

Ukrayna dövlətinin Donetskdəki müxalifləri bu ölkənin şərqində iki müxbirin öldürülməsindən xəbər veriblər.
 
Maide.az-ın "Segodnya" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Donetskdəki müxaliflərin sözçüsü bildirib ki, Donetsk hava limanı yaxınlığında iki müxbiri aparan avtomobil ukraynalı qüvvələrin anti-tank raket hədəfinə məruz qalıb və məhv edilib. Bu hadisədə Donetskdən olan iki müxbir ölüb və hadisə yerində atəşaçma səbəbindən müxbirlərin cəsədlərinin köçürülməsi mümkün olmayıb. Belə bir halda rus medialar da bazar günü ukraynalı qüvvələrin Donetsk hava limanına hücumundan xəbər veriblər ki, bu hücum müxaliflərin müqaviməti ilə üzləşib və dəf olunub. 
 
Digər tərəfdən, Ukrayna anti-terror əməliyyatı üzrə ictimai əlaqələr dünən bir bəyanatda silahlı müxalifləri atəşkəsi pozmaqda ittiham edib.
Ukraynalı qüvvələrin bu ölkənin şərqində hərbi əməliyyatlarının başalnmasından bir il ötür ki, BMT-nin məlumatına görə, bu müddətdə 6600-dən yuxarı insan ölüb, təqribən 11 min nəfər də yaralanıbdır.

Google+ WhatsApp ok.ru