Ukraynanın şərqindəki döyüşlərdə 80 separatçı öldürülüb

Ukraynanın şərqindəki Mariinka qəsəbəsində separatçılarla ordu qüvvələri arasında baş verən toqquşmalarda 5 Ukrayna hərbçisi ilə 80 separatçının öldüyü bildirilir.
 
Maide.az xəbər verir ki, Prezident Administrasiyasının Terrorla Mübarizə Əməliyyatı məsələləri üzrə sözçüsü Andrey Lisenko açıqlamasında separatçıların dünən Donetskin Mariinka qəsəbəsi yaxınlığında yerləşən Ukrayna ordusuna geniş hücum təşkil etdiyini, hökumət qüvvələrinin bu hücumlara qarşılıq verərək, separatçıları geri oturtduğunu deyib.
 
Tərəflər arasında baş verən toqquşmalarda 80 separatçının öldüyünü, 100-dən çox separatçının isə yaralandığını qeyd edən Lisenko, həmçinin separatçılara məxsus 10-dan çox hərbi maşının da məhv edildiyini vurğulayıb.

Google+ WhatsApp ok.ru