Ukrayna prezidenti 20 ildən sonra ilk dəfə İrana səfər edəcək

Ukrayna prezidenti 20 ildən sonra ilk dəfə İrana səfər edəcək

Ukrayna prezidenti 20 ildən sonra ilk dəfə İrana səfər edəcək. Maide.Az xəbər verir ki, bunu Ukraynanın Tehrandakı  səfiri Sergey Bordilyak  tasnimnews-a müsahibəsində deyib.
 
O səfərin dəqiq vaxtını açıqlamasada hazırda bu istiqamətdə hazırlıq işlərinin getdiyini deyib. 
 
S.Bordilyak müsahibəsində  Ukrayna şirkətlərinin İranla  təyyarə istehsalı,  vertolyotların saxlanılması, yük daşımaları, tranzit və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib. 
 
O deyib ki, Ukrayna və İran arasında viza rejiminin sadələşdirməsi məsələsi ilə bağlı səylər göstərilir. Gələn ay Ukraynanın Xarici İşlər Nazirnin  müavini  Tehrana səfər edəcək və bu səfərdə viza rejiminin sadələşdirilməsi məsələsi müzakirə olunacaq.
 
S.Bordilyak  İran və Ukrayna arasında cari ilin ilk altı ayı ərzində 210 milyon dollar olub ki, bu 2015-ci illə müqayisədə 35 faiz azalmanın olduğunu göstərir. 
 
O İran və Ukrayna şirkətlərinin  dəmir yolu layihələrində birgə işləməsi ehtimalından danışıb və Ukrayna şirkətlərinə təklif olunan İran dəmir yolu layihələrinin  10 milyard avro dəyərindədir.  “Yaxın vaxtlarda Ukraynanın iki şirkəti onlardan Xarkof vaqon istehsalı şirkəti və İranın  “Kursvaqon” və “Parsvaqon” şirkətləri İranda fəaliyyətləri artırmaq üçün müştərək şirkət təsis edəcək”
 
O deyib ki,  İran və Ukrayna indiyədək 19  İran-140-100 tipli təyyarə istehsal edib, 2013-cü ildə baş verən avia qəzadan sonra müştərək təyyarə istehsalı dayandırılıb, lakin hazırda yenidən müştərək təyyarə istehsalı sahəsində əməkdaşlıq üçün müzakirə edirik. 
 
S.Bordilyak deyib ki, Ukraynla İranla vertolyotların motorlarının istehsalı sahəsində də əməkdaşlıq edir. 
 

Google+ WhatsApp ok.ru