Ukrayna yenidən qarışır: 8 vilayət ayağa qalxdı

Ukraynada Rusiyaya qarşı etirazlar yenidən artmaqdadır.
 
Axar.az “Ukraina–112”ə istinadən xəbər verir ki, etirazlara Ukraynanın 8 vilayətinin aktivistləri qoşulub.
 
Verilən məlumata görə, nümayişçilər Rusiya dövlət nömrə nişanlı furqonların Ukraynadan keçib Avropaya getməsinə mane olub.
 
Hazırda Lvov, Zakarpattya, Volın vilayətlərindəki aktivistlərlə polis arasında qarşıdurma yaşanır.
 
Məsələ ilə bağlı şərh verən politoloq Konstantin Bondarenko bu hadisəyə görə Ukraynanın Avropa Birliyi tərəfindən cərimələnə biləcəyini deyib:
 
“Bu, çox ciddi məsələdir. Avropa Birliyi Ukraynaya bu insidentə görə sanksiyalar belə tətbiq edə bilər”./
 

Google+ WhatsApp ok.ru