UNESCO: Məscidül-Əqsa müsəlmanlara məxsus məkandır və yəhudilərə aid deyil

UNESCO Məscidül-Əqsada müsəlmanlara məxsus qəbirlərin  dağıdılması və yalançı yəhudi qəbirlərinin quraşdırılmasını  pisləyib və  Məscidül-Əqsanın  müsəlmanlara məxsus və İslami bir  abidə olduğunu vurğulayıb. 
 
Maide.az  “WB”  xəbər saytına istinadən məlumat verir ki,  UNESCO elan edib ki,  Məscidül-Əqsa və Beyt Ləhm və Əl-Xəlil  şəhərlərindəki digər müqəddəs məkanlar  Fələstinin ayrılmasz bir parçasıdır.  UNESCO-nun  bu açıqlaması  sionist rəsmilərini qəzəbləndirib.
 
UNESCO həmçinin  İsrail  rejiminin  müsəlman qəbristanlıqlarında  yalançı  qəbirləri  quraşdırmağı  işğalçılıq adlandırıb. 
 
Qeyd edək ki, Beyt Ləhmdə  Bilal ibn Rubahın məscidi və  Əl-Xəlil şəhərində İbrahimi məscidi  Fələstinin turizm  məkanlarıdır.
 
 UNESCO-nun bəyanatında bildirilir:  Bir daha təkidlə bildiririk ki, Əl-Xəlildə və Beyt Ləhmdəki iki  tarixi məkan  Fələstinin ayrılmaz hissəsidir və orada  yəhudi qəsəbə sakinləri tərəfindən aparılan qazıntılar və divarın tikintisini  pisləyirik. 
 
UNESCO həmçinin  işğalçı İsrail rejimindən istəyib ki,  bu məkanların tarixi keçmişinə hörmətlə yanaşsın və bu hərəkətləri dayandırsın.  Təşkilat həmçinin Qəzzanın mühasirəsinin davamını və oradakı uşaqlar və insanlar üçün yaradılmış ağır durumu pisləyib. 
 

 

Google+ WhatsApp ok.ru