UNICEF: İsrailin Qəzzaya hücumları nəticəsində ən azından 212 fələstinli uşaq öldürülüb

 BMT Uşaq Fondu UNICEF elan edib ki, sionist rejimin Qəzzaya hücumları nəticəsində iyulun 21-nə qədər olan statistikaya görə, ən azından 212 fələstinli uşaq və yeniyetmə  şəhid olub. Bunu UNICEF sözcüsü  Kristofer Tİdey ötən gün keçirdiyi mətubat konfransında deyib.

Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, O deyib ki, şəhid olan uşaqlardan 80 nəfəri  12 yaş və ya daha az yaşlı uşaqlardır.

K.Tidey əlavə edib ki, İsrail ordusunun Qəzzaya hücumları zamanı həmçinin 904 fələstinli uşaq və yeniyetmə yaralanıb.

Qeyd edək ki, bu günə kimi sionist rejimin Qəzzaya hücumları nəticəsində 641 fələstinli şəhid olub, 4060 fələstinli isə yaralanıb./

 

Google+ WhatsApp ok.ru