Vəhhabilər Almaniyadakı müsəlman qaçqınlar arasında təbliğat aparır

Suriyadakı zülmdən qaçaraq Almaniyaya sığınan bir qrup qaçqın arasında vəhhabi təbliğatı aparılır.
Maide.az xəbər verir ki, bu barədə Almaniya Konstitusiyasının Təhülkəsizliyi Federativ Ofisindən məlumat verilib.
Bildirilib ki, vəhhabilər qaçqınlar arasında vahhabizm haqqında məlumatlar yayır, onları doğru yoldan çıxarmaq istəyirlər.
Federativ Ofisin hesabatında qeyd edilib ki, vəhhabilər bununla da Avropada öz tərəfdalarının sayını artırmaq istəyir. Onlar çoxu sünni müsəlmanlar olan qaçqınları öz tərəfinə çəkmək üçün hətta pul da verirlər.
Qeyd edək ki, vəhhabilərin toruna düşənlər sonrada müxtəlif terror aktlarında iştirak etməyə məcbur edilir./
 

Google+ WhatsApp ok.ru