`Vəhabiliyə Son` aksiyası keçirildi - Foto

Ötən gün  Gürcüstanın Soğanlıq kəndində Fikrət Əhmədovun vəfatının yeddinci günü münasibəti ilə şəhidin evinin önündə ailəsinə dəstək olaraq və gürcüstanda radikal terroru təbliğ edən vəhabi yuvalarının fəaliyyətinə son demək məqsədilə etiraz aksiyası keçirildi.
Maide.az   mgeo.ge saytına istinadən məlumat verir ki, tədbir Rıza Cəfərinin Quran oxuması ilə açıq elan edildi. Daha sonra Soğanlıq kənd məscidinin axundu Rahid Kərimov söhbətinə başladı.
O bildirdiki:”Gürcüstan vətəndaşı olaraq öz vətənimizə adil şəxslərik.Yaxın zamanda sizdə şahid oldunuz ki təkfirçi vəhabi qurupları vətənimiz Gürcüstanda Xilafət qurmaq niyyəti ilə ölkəni təhdid etdi.Biz müsəlmanlar ölkəmizdə bu yad təkfirci fikirləri qınayır və ölkədə tarixdən gələn müsəlman xristiyan dostluğunu davam etməsini arzu edirik. Bu səbəbdən Dövləti və aydiyyatı orqanları məsələ ilə ciddi maraqlanmağa çağırırıq. Fikrət Əhmədova dəyən bıçağı hamımıza dəymiş hesab edirik.Gürcüstan hakimiyətini fikrət Əhmədovun qırxı gününədək bu azğın yuvanın kəndimizdə ləğvini tələb edirik, əks halda aksiyalarımız davam edəcəkdir. 
Vəhabilik müsəlmanlara deyil bütün insanlara təhdid və təhlükədir." /
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru