Vəhdət həftəsi münasibətilə Quran yarışı keçiriləcək 14 Oktyabr 2019 09:56 Dünya Vəhdət həftəsi münasibəti ilə Pakistanın Kəraçi şəhərində şiə və sünnilərin birgə Quran yarışları keçiriləcək. Maide.Az İQNA-a istinadla xəbər verir ki, Qurani-Kərimin qiraəti və hifzi üzrə keçiriləcək bu yarışda həm şiə və həm sünni Quran qariləri iştirak edəcək. Qaliblərə mükafatlar təqdim olunacaq. Qeyd edək ki, əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-i qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır. Teqlər : #Vəhdət,#həftəsi,#münasibətilə,#Quran,#yarışı,#keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda 5,8 bal gücündə zəlzələ olub Ayətullah Məkarim Şirazi xəstəxanaya yerləşdirilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO