Venesuela Kolumbiya ilə sərhəddə 3 körpünü bağladı

Venesuela Kolumbiya ilə sərhəddə 3 körpünü bağladı

Ötən gün axşam Venesuela hökuməti Kolumbiya ilə sərhəddə yerləşən 3 körpünü müvəqqəti bağlamaq qərarı verib. 

 Bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodriqes məlumat verib.   

“Bolivar hökuməti əhalini xəbərdar edir ki, Kolumbiya hökumətinin sülh və Venesuela hakimiyyətinə qarşı ciddi və qeyri-qanuni təhdidlər səbəbindən Simon Bolivar, Santander və Birlik Körpüsü adlı körpüləri müvəqqəti olaraq dayandırmağa qərar verildi ", - deyə Delsi Rodriqez özünün Tvitter hesabında yazıb. 

 Venesuela rəsmisi ölkələr arasında sərhədlərin Kolumbiya tərəfindən “kobud və zorakı hərəkətlərin” dayandırılmasından sonra mümkün olacağını qeyd edib.   Xatırladaq ki, fevralın 23-də Venesuela müxalifəti ölkəyə “humanitar” yardımın gətirilməsini planlaşdırıb./eastnews.org/

Google+ WhatsApp ok.ru