`Vilayət-94` böyük dəniz manevri başlandı

İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının "Vilayət-94" böyük dəniz manevri bu gün İranın cənub-şərq sahilləri və sularında başlayıb.
 
Maide.az IRIB-ə istinadən xəbər verir ki, bu mərhələdə sahil-dəniz raket bölmələri, dəniz piyadaları diviziyası, raketatanlar, sahil artilleriyası və elektron sistemlər manevr hüdudlarında yerləşdirilib.
 
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı bildirib ki, manevrin ilk günündə suüstü və sualtı qayıq bölmələri bütün imkanlarla öncədən təyin olunmuş məntəqələrə göndərilməklə düşmənin nüfuz hüdudlarının izlənilməsi istiqamətində addım atıblar.
 
Kontr-admiral Səyyari əlavə edib: "Bu mərhələdə sahil-dəniz raket bölmələri, dəniz piyadaları diviziyası, raketatanlar, sahil artilleriyası və elektron sistemlər manevr hüdudlarında yerləşdiriliblər. Həmçinin suüstü qayıqlar, sürətli qayıqlar, uçuş bölmələri və Faruq tipli ağır sualtı qayıqlar öncədən təyin olunmuş mehvərlərdə yerləşiblər və passiv hava hücumundan müdafiə mühüm məntəqələri müdafiə üçün gündəmə gətirilibdir."
 
"Vilayət-94" böyük dəniz manevri bir həftə müddətinə Hörmüz boğazının şərqi və Hind okeanının şimalından on dərəcə orbitədək olan bir ərazidə keçiriləcək.

Google+ WhatsApp ok.ru