Vladimir Putin: “Boris Nemtsovun qətli biabırçılıq və faciədir”

“Rusiya hüquq-mühafizə orqanları Boris Nemtsovun qətli kimi siyasi xarakterli cinayətlərin açılmasına çox ciddi diqqət yetirməlidir”.
 
Bunu Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, Rusiyanı gələcəkdə bu cür faciələrin baş verməsindən qorumaq lazımdır:
 
“Səs-küylü cinayətlərə, o cümlədən siyasi xarakterli olanlara çox ciddi diqqət yetirilməlidir. Rusiyanı nəhayət ki, bu yaxınlarda gördüyümüz və yaşadığımıza bənzər biabırçılıqdan və faciədən qurtarmaq lazımdır. Mən Boris Nemtsovun birbaşa paytaxtın mərkəzində həyasızcasına öldürülməsini nəzərdə tuturam”.  

Google+ WhatsApp ok.ru